Sabirabadda QƏZA: bir nəfər öldü, beş nəfər xəsarət aldı - YENİLƏNİB

Sabirabadda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində sürücülərdən biri - Rəhim Əliyev və onun azyaşlı nəvəsi həlak olublar.
Digər avtomobilin sürücüsü və üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Sabirabadda baş verən qəzada bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ağcabədidə AĞIR QƏZA: 4 nəfər...
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO










