Şabranda ağır qəza: 2 qardaş həyatını itirdi - YENİLƏNİB

Şabran rayonunda iki nəfərin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə ilkin səbəb sürücünün idarəetməni itirməsi olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən verilib.
"Hadisə bu gün saat 08:00-da, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən 135-ci km-də qeydə alınıb.
Sürücü Əmralı Qədmalı oğlu Fərzəliyev idarə etdiyi VAZ-21154 markalı 99-TH-175 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itib və yoldan çıxan avtomobil ağaca çırpılıb. Nəticədə sürücü özü və sərnişini olan qardaşı Elməddin Qədmalı oğlu Fərzəliyev Hadisə yerindəcə həlak olublar. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
***14:05
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı minik avtomobili hərəkətdə olan zaman yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin Fərzəliyev və onun qardaşı Əmrəli Fərzəliyev həyatlarını itiriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tovuzda "Chevrolet" işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTOLAR
Kürdəmirdə qadın sürücü "Prado"nu aşırdı, xəsarət alanlar var - FOTOLAR
Nərimanovda motosiklet maşına çırpıldı
Marneulidə toy karvanında qəza - 3 nəfər ÖLDÜ - FOTO
Sürücü 91 yaşlı qadını vurub öldürdü – “Görmədim, tələsirdim” dedi - VİDEO
Paytaxtın mərkəzində iki avtomobil toqquşub - VİDEO
Prospektdə ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
Qubada 3 maşın toqquşdu, biri aşdı - VİDEO - YENİLƏNİB
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO











