Banner

Şabranda AĞIR QƏZA: Qazi və hamilə həyat yoldaşı həlak oldular - FOTO - VİDEO - YENİLƏNİB

Qəzalar 18 May 2025 16:45 Oxunub 2578
Şabranda AĞIR QƏZA:  Qazi və hamilə həyat yoldaşı həlak oldular - FOTO - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan digər şəxsin də kimliyi məlum olub.

Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölən digər şəxs sürücü Akif Zeynalzadənin həyat yoldaşı Dinara Zeynalzadə olub. Onların bir övladları var. D.Zeynalzadə ikinci övladına hamilə olub.

Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.

***14:00

Şabranda baş verən qəzada ölən sürücünün kimliyi məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisədə ölən sürücünün Bakı şəhər, Xəzər rayon sakini  2002-ci il təvəllüdlü Zeynalzadə Akif Səlahət oğlu olduğu dəqiqləşib. 

Həlak olan qadın sərnişinin isə, şəxsiyyətini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.

 Zərbənin təsirindən cəsədlər tanınmaz vəziyyətə düşüb, onlar deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

***12:00
Şabranda avtomobillər toqquşub, ölənlər var

Avtosfer.az xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 "Renault" markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində qadın və kişi cinsli 2 nəfər şəxs hadisə yerində ölüb. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh