Şabranda avtomobil divara çırpılıb, ölən var - FOTO - VİDEO

Şabranda avtomobilin yaşayış evinin darvazasına çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobil Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış evinin darvazasına çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Şabran RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Avtosfer.az FHN-ə istinadən məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Daewoo” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.



Bərdədə asfalta dağılan yağ qəzaya səbəb oldu - VİDEO
Qəzada ölən 17 yaşlı Yusifin FOTOLARI
Gəncə-Daşkəsən yolunda qəza olub - Xəsarət alanlar var - FOTOLAR
Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil çuxura düşdü - VİDEO
Meksikada turistləri daşıyan avtobus aşdı - 11 ölü, 31 yaralı
Balakəndə iki avtomobil toqquşdu - Ölənlər var
Aeroport yolunda QƏZA: HƏRƏKƏT DAYANDI - FOTO
Gəncədə kuryer faciəli qəzada həyatını itirdi - YENİLƏNİB
Heydər Əliyev prospektində ağır yol qəzası - VİDEO
Azyaşlını vuran "06" aşdı - Tovuzda ağır yol qəzası - FOTO
Paytaxtda zəncirvari qəza – VİDEO










