Banner

Şabranda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - FOTO - VİDEO

Qəzalar 17 Avqust 2025 17:47 Oxunub 3038
Şabranda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şabran yolunda hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarına düşüb. Hadisə ilə bağlı yayılan görüntülərdən məlum olub ki, qəzanın başvermə səbəbi sürücünün diqqətsizliyi olub.
Avtosfer.az xəbər verir ki, ilkin ehtimallara görə, ya sürücünün başı mobil telefona qarışıb, ya da o, yuxulu vəziyyətdə olub.

Qəzanın təfərrüatlarına əsasən, minik avtomobili qarşısında hərəkət edən mikroavtobusu son anda görüb. Lakin həmin an reaksiya vermək üçün gec olub və nəticədə avtomobillər toqquşub. Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq kənara düşüb.



***10:36, 16 avgust
Şabranda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində fındığ yığmaga gedən fəhlələri aparan "Ford" və "Chevrolet” markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində xəsarət alan şəxslər Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qəzanın səbəbləri araşdırılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh