Şabranda daşla dolu "KamAz" dərəyə aşıb - FOTO

Şabran rayonunda mişar daşı ilə dolu olan "KamAz" markalı yük maşını dərəyə aşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistralının Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Xaçmaz rayon sakini 1978-ci il təvəllüdlü Samir Əsədulla oğlu Abbasov idarə etdiyi 27-BU-951 dövlət qeydiyyat nömrə nişanlı, "KamAz" markalı yük maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib və dərəyə aşıb.
Qəza nəticəsində sürücü deformasiyaya uğrayan yük maşınında sıxılaraq qalıb. Ətrafdakıların köməyi ilə sürücü maşından çıxarılıb və təcili tibbi yardım maşını ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı Travmatologiya şöbəsinə yerləşdirilib və onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ






















