Şabranda evakuator qatarla toqquşdu, sürücü yaralandı - YENİLƏNİB

Şabranda yük avtomobilinin qatarla toqquşması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, noyabrın 29-u saat 13:20-də Şabranda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1978-ci il təvəllüdlü şəxs (kişi) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Açıq kəllə-beyin travması, komatoz vəziyyət diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Sözügedən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub".
***12:33
29 noyabr saat 12:20 radələrində "Mercedes" markalı yük avtomobili dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Şabran sahəsində hərəkət edən yük qatarının qarşısına çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub:
"Hadisə aidiyyəti üzrə araşdırılır. ADY bir daha hərəkət iştirakçılarını kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır",- deyə məlumatda qeyd edilib.
***11:53
Şabran rayonunun Uzunboyad kəndində ciddi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, dəmiryol stansiyasının yaxınlığında hərəkətdə olan qatar keçiddə evakuatorla toqquşub.
Toqquşma nəticəsində evakuatorun sürücüsü, 47 yaşlı Zülfüqar Əzizov ağır şəkildə xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən o, dərhal xəstəxanaya çatdırılıb.
Qəzanın hansı şəraitdə baş verdiyi araşdırılır, faktla bağlı müvafiq qurumlar tərəfindən prosedurlar davam etdirilir.
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB










