Şabranda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - RƏSMİ - VİDEO

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza avqustun 5-də saat 13:45 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Şabran rayonu Aygüllü kəndinin 137-ci kilometrliyində qeydə alınıb: “Belə ki, Quba rayonu İqriq kənd sakini 15 noyabr 1985-ci il təvəllüdlü Abdullayev Elvin Mübariz oğlunun idarə etdiyi 67-CA-127 dövlət nömrə nişanlı “DAF” markalı yük maşını, Ağsu şəhər sakini 13 mart 1992-ci il təvəllüdlü Bayramov Azər Abbas oğlunun idarə etdiyi 77-EC-962 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşınıyla toqquşub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “Ford”un sürücüsü - Azər Bayramov bədən xəsarətləri alıb”.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
Yük maşını ilə toqquşan təcili yardımın sürücüsü öldü; həkimlər xəstəxanalıq oldu – FOTO - VİDEO
Sabirabadda mikroavtobus minik maşını ilə toqquşdu: 7 nəfər xəsarət aldı - FOTOLAR
Cəlilabadda avtomobillər toqquşdu, ÖLƏN VAR
“Yol ver” nişanına əhəmiyyət verməyən “Toyota” sürücüsü “Mercedes”i vurdu - VİDEO
Toqquşmadan yayınan “Opel” dayanacaqdakı 3 nəfəri vurub xəstəxanalıq etdi - VİDEO
Xırdalanda necə gəldi manevr edən sürücü qəza törətdi - VİDEO
Bələdiyyə sədrinin oğlu motosiklet sürücüsünü vurdu; içkili imiş - VİDEO
Zabratda zəncirvari qəza - 4 avtomobil toqquşdu - VİDEO
Nasaz yük avtomobilinin təkəri partladı; ağır qəza baş verdi - VİDEO
Lənkəranda AĞIR QƏZA: 25 yaşlı gənc öldü - FOTO
Bakıda moped divara çırpıldı - 21 yaşlı sürücü öldü










