Salyan-Qarabağlı yolunda ağır qəza: "Nissan" mikroavtobusa çırpıldı - VİDEO - YENİLƏNİB

Salyan-Qarabağlı yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 08:00-da Salyan rayonu Xələc kəndi ərazisində qeydə alınıb.
"1977-ci il təvəllüdlü Rəşad Asif oğlu Bayramovun idarə etdiyi 20-DM-499 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobus qarşıda hərəkətdə olan 1984-cü il təvəllüdlü Nicat Fəxrəddin oğlu Gözəlovun idarə etdiyi 90-UG-663 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan 2004-cü il təvəllüdlü sərnişin Nazlı Vüsal qızı Mustafayeva yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanır.
***
Salyan-Qarabağlı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə buna dair videogörüntü paylaşılıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında "Nissan" markalı minik avtomobili "Mercedes" markalı mikroavtobusa çırpılıb.
Hadisənin baş verməsinə səbəb kimi yolun buz bağlaması göstərilir.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Təfərrüat üçün aidiyyəti quruma sorğu verilib.
Sabirabadda yük maşını və “VAZ” dərəyə düşdü - VİDEO
Ağsu aşırımında 2 avtomobil aşdı – FOTO
Nasaz avtomobil maşrut avtobusu ilə toqquşdu - VİDEO
Qırmızı işığa məhəl qoymayan sürücü qəza törətdi - ANBAAN VİDEO
Bakı-Quba yolunda qəza: Ölən var - FOTO
İki “Lada”nın toqquşduğu qəzada 3 nəfər öldü – İkisi polis zabitidir - FOTOLAR
Ucarda yol qəzası olub, xəsarət alan var - FOTO
Sədərək yolunda qəza: Yük maşını dəmir arakəsməyə çırpıldı - VİDEO
Tərtərdə avtomobil aşdı - ÖLƏN var
"Lökbatan" dairəsində qəza oldu - Sıxlıq yarandı - FOTO
Gənc sürücü qəza törətdi; özü və dostları yaralandı - FOTO










