Salyanda 3 “VAZ” toqquşdu - FOTO

Bu gün günorta saatlarında Salyan şəhərində “VAZ” markalı üç avtomaşının toqquşuması ilə müşayiət olunan yol qəzası baş verib. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasının qarşısından keçən yolda baş verib. Belə ki, Neftçala rayon sakini Rahib Səmədovun idarə etdiyi 90 OH 702 dövlət nömrə nişanlı “VAZ-2109” markalı avtomaşın xəstəxanaya dönmək istəyərkən onu arxadan dövlət nömrə nişanı 90 LG 147 olan, Salyan şəhər sakini Elnur Nadirovun idarə etdiyi “VAZ-2017” markalı avtomaşın vurub. Toqquşmadan sonra idarəetməni itirən “VAZ-2107” yolun kənarında dayanmış Sabirabad rayon sakini Əliqulu Məmişovun idarə etdiyi , içərisində ailə üzvlərinin olduğu “VAZ-2106”-ya çırpılıb. Qəza nəticəsində xəsarət olan olmasa da, hər üç maşına ciddi ziyan dəyib. Hadisənin “VAZ-2107”nin əyləc “kolotkaları” islandığından tormozunun tutmaması səbəbindən baş verdiyi deyilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ



















