Banner

Salyanda ağır qəza baş verdi: ÖLƏNLƏR VAR - VİDEO

Qəzalar 18 İyul 2022 23:33 Oxunub 2464
Salyanda ağır qəza baş verdi: ÖLƏNLƏR VAR   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Salyanda iki minik avtomobili toqquşub. Nəticədə 2 nəfər həyatını itirib. Xaçmazda isə minik avtomobili velosipedçini vurub. Ağır bədən xəsarətləri alan 20 yaşlı gənc hadisə yerində keçinib.

Salyanda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb.

Rayonun Çuxanlı kənd sakini, 68 yaşlı Şərifalı İbişovun idarə etdiyi minik avtomobili başqa bir minik maşını ilə toqquşub. Nəticədə sürücü Şərifalı İbişov və sərnişini 64 yaşlı Məhbubə Bayramova ağır bədən xəsarətləri alıblar. Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən sürücü yolda keçinib. Digər yaralı isə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Məhbubə Bayramovanın  həyatını xilas etmək mümkün olmayıb.

Xaçmazda isə avtomobil velosipedçini vurub. Hadisə rayonun yeni həyat qəsəbəsində qeydə alınıb. 35 yaşlı Səid Tahirov idarə etdiyi minik avtomobili ilə qarşı yoldan gələn, velosipedçi 2002-ci il təvəllüdlü Nazim İsayevi vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində keçinib. Həmin anlar yaxınlıqda olan təhlükəsizlik kamerasına da düşüb. Faktla bağlı cinayət işi başlanıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh