Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB

Salyan rayonunda baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Salyan rayonunun Yenikənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar avqustun 18-i, saat 07:10-da iki nəfər (biri qadın cinsli, biri kişi cinsli olmaqla) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
***14:53
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 06:20-də Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən 35-ci km-də baş verib.
Hadisənin baş verməsinə səbəb Salyan şəhər sakini 1978-ci il təvəllüdlü Azər Mürsəl oğlu Cabbarovun idarə etdiyi "Mercedes-Benz" markalı 99-BU-881 dövlət nömrə nişanlı avtomobillə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağ köməkçi yoldan baş yola daxil olan Salyan rayon Şəkərli kənd sakini 1962-cü il təvəllüdlü Şahlar Boşevik oğlu Rzayevin idarə etdiyi VAZ-2107 markalı, 54-BN-051 dövlət nömrə nişanlı avtomobilin toqquşması olub.
Nəticədə VAZ-ın sərnişini Salyan rayonu Şəkərli kəndində yaşayan 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
***14:18
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, avtoqəza rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb.
Digər iki sərnişin - 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova - isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Ağcabədidə AĞIR QƏZA: 4 nəfər...
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO










