Salyanda ağır yol qəzası - Ana ilə oğlu öldü

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qaraçala kəndində "VAZ 2106" markalı minik avtomobili ilə yük avtomobili toqquşub. Nəticədə Əliyev Rövşən Maarif oğlu və onun anası Əliyeva Gülxara Kamil qızı ölüb. Ölənlərin Salyan rayonu Qaraçala kənd sakinləri olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Çadırlı kəndində "VAZ" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması baradə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər tərəfindən minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1978-ci il təvəllüdlü Əliyev Rövşən Maarif oğlunun meyiti çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
Fərid
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












