Salyanda ağır yol qəzası - Yaralananlar var

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Qarabağlı kənd sakini, 56 yaşlı İmaməddin Habiloğlu Mustafayev idarə etdiyi “QAZel” mikroavtobusu ilə hərəkətdə olarkən "VAZ-2109" markalı avtomobillə toqquşub. Nəticədə, mikroavtobusun sürücüsü, avtomobildə olan sərnişin, Salyan şəhər, İsa Quliyev küçəsi, bina 5, mənzil 19-da yaşayan, 55 yaşlı Xoşqədəm Məmməd qızı Əliyeva və onun nəvəsi, 1 yaşlı Nicat Əsgər oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra iki yaralı ambulator müalicəyə göndərilib, azyaşlının vəziyyəti ağır olduğundan travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












