Salyanda avtomobil divara ÇIRPILDI: ÖLƏN var - YENİLƏNİB

Salyan rayonunun Xələc kəndində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Daxil olan məlumat əsasında, FHN-nin Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Renault" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb və bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
08:30
Salyanda ölüm və xəsarətlə nəticələnə yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Şəhriyar Rafiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Culfada avtomobil qəzası: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO
Yolda şou göstərən sürücü qəza törədib qaçdı; bir nəfər öldü - ANBAAN VİDEO
Prospektdə velokuryer “Mercedes”ə çırpılıb yerə sərildi - REAL VİDEO
Bakıda iki maşın TOQQUŞDU - Yoldan keçən PİYADA ÖLDÜ
Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu: Yaralılar var - FOTO
Bu rayonda AĞIR QƏZA: Həyatını itirənlər var - YENİLƏNİB












