Salyanda dəhşətli qəzada xəsarət alan uşağın vəziyyəti açıqlandı - FOTO - VİDEO - YENİLƏNİB

Salyanda su kollektoruna aşan avtomobildən sağ çıxarılan uşağın vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə zamanı xəsarət alan 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) 29 yanvar saat 23:20-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona dəqiqləşdirilməmiş respirator çatışmazlığı diaqnozu təyin edilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.
(oxu.az)
***
Salyanda avtomobilin su kollektoruna aşması səbəbindən 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb.
Avtosfer.az xəbər verir ki, faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, ötən gün 1992-ci il təvəllüdlü Aqil Məmmədov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili rayonun Seyidlər kəndi ərazisində şor su kollektoruna aşırması nəticəsində özü, sərnişinləri - 1990-cı il təvəllüdlü Nərmin İsmayılova, 2010-cu il təvəllüdlü Rza İsmayılov, 2012-ci il təvəllüdlü Hüseyn İsmayılzadə hadisə yerində ölüblər.
Avtomobildə olan 1983-cü il təvəllüdlü Elşən İsmayılov və azyaşlı 2021-ci il təvəllüdlü Ziya İsmayılov isə sağ qalıblar.
Fotoda Aqil Məmmədov

***
Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü həlak olub.
Avtosfer.az "Report"a istinadən məlumat verir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri - 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onun azyaşlı övladları R.İ. və H.İ. suda boğularaq ölüblər.
Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.
Qeyd edək ki, A.Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.
***
29 yanvar 23:42
Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralılar var.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşaraq yolun kənarındakı kollektora düşüb.
Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.
Hazırda əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Yol səhvləri bağışlamır – Siyəzəndəki qəza ilə bağlı DYP-dən AÇIQLAMA - FOTO
Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş - 20 yaşlı Səmanın FOTOsu
Zığ yolunda ağır qəza: Özünü itirən sürücü maşını iki dəfə dəmirlərə çırpdı - VİDEO
Ödənişli yolda ağır qəza - Ölənlər var
Areoport yolunda zolaq dəyişən sürücü ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO
Bakı-Quba yolunda AĞIR QƏZA - Bacı-qardaş ÖLDÜ - YENİLƏNİB
Tovuzda "Chevrolet" işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTOLAR
Kürdəmirdə qadın sürücü "Prado"nu aşırdı, xəsarət alanlar var - FOTOLAR
Nərimanovda motosiklet maşına çırpıldı
Marneulidə toy karvanında qəza - 3 nəfər ÖLDÜ - FOTO
Sürücü 91 yaşlı qadını vurub öldürdü – “Görmədim, tələsirdim” dedi - VİDEO













