Salyanda piyada qəzası: 2 ölü, 1 yaralı

Daxili İşlər Nazirliyi Salyanda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 10-da saat 18 radələrində Salyan şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Gülbəniz Camalova və Neftçala rayon sakni Səidə Qədirova vurulublar. Nəticə S.Qədirova hadisə yerində ölüb, G.Camalova isə xəstəxanaya yerləşdirilib. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "QAZel" markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Qaşqay Mehbalıyev saxlanılıb. Bundan başqa noyabrın 10-da saat 21 radələrində Salyan rayonunun Xıdırlı kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulub. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Emin
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












