Salyanda sərnişin mikroavtobusu ilə avtokran toqquşub - VİDEO

Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib, daha 2 nəfər isə xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi “Bakelektro” ASC-yə məxsus "Toyota" markalı avtokran toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Masallı rayon sakinləri, 2000-ci il təvəllüdlü Qardaşov Asif Vaqif oğlu və 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı hadisə yerində dünyasını dəyişib. 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov isə xəsarətlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qəzada dünyasını dəyişən Asif Qardaşov BDU-nun 1-ci kurs tələbəsi imiş. Onun qardaşının da keçən il avtoqəzada həyatını itirdiyi deyilir. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












