Salyanda velosipedçini maşın vurub - FOTO

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 63-cü km-də, “Ləvəngi” restoranının qarşısında 25 yaşlı velosipedçini maşın vurub. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Astara rayon sakininin idarə etdiyi Bakı istiqamətində hərəkət edən 90 XT 464 dövlət nömrə nişanlı “Mercedes”lə Salyan rayonu “Stansiya” yaşayış massivinin sakini, 1992-ci ildə anadan olmuş Muradlı Orxan Nəhməd oğlunun idarə etdiyi velosiped vurulub.
Bakıya sərnişin daşıyan “Mercedes”in sərniinlərinin bildirdiyinə görə, yolun kənarında dayanmış “KamAZ”ın arxasından qəfil çıxan velosipedçini görən sürücü əyləci bassa da, artıq gec olub.
Xəsarət aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş velosipedçinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO













