Salyanda vəzifəli şəxsin öldüyü dəhşətli qəzanın YENİ DETALLARI - FOTO - YENİLƏNİB

Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan üç nəfər (kişi cinsli) 28 yanvar saat 19:00-da Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1996, 2009, 1971-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib, müalicələri davam etdirilir. Müxtəlif bədən xəsarətləri alan və Cərrahiyyə şöbəsinə yerləşdirilən iki nəfərin vəziyyəti orta ağır, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir",- deyə məlumatda bildirilir.
***
12:30
Ötən gün Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib.
O qeyd edib ki, hadisə yanvarın 28-i, saat 19:00-da Ələt-Astara yolunun 84-cü kilometrliyində, Şorsulu kəndi ərazisində qeydə alınıb:
"1962-ci il təvəllüdlü Mustafa Allahyar oğlu Əhmədovun idarə etdiyi VAZ-2106 markalı 52-BG-794 dövlət nömrə nişanlı avtomobillə 1996-cı il təvəllüdlü Samid Eldəniz oğlu Zeynalovun idarə etdiyi VAZ-2121 markalı 52-BG-725 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində Mustafa Əhmədov və onun sərnişinlərindən biri olan Biləsuvar rayon sakini 1967-ci il təvəllüdlü Mübaşir Əli oğlu Qurbanov hadisə yerində ölüblər. Onun digər sərnişini 1971-ci il təvəllüdlü Mahir Zülfü oğlu Əzizov, digər avtomobilin sürücüsü Samid Zeynalov və sərnişini 2009-cu il təvəllüdlü Cəlal Ceyhun oğlu Quliyev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır",- deyə M.Ağayev vurğulayıb.
VAZ-2121 markalı avtomobilin sürücüsü olan Samid Zeynalovun avtomobili idarəetmə hüququ olmayıb.
Fotolar: apa
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO
Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var - FOTO
Xankəndidə “Lada” ilə motosiklet toqquşdu - Tələbə xəsarət aldı - FOTO
"Mercedes" avtobusla toqquşdu: Yaralananlar var - FOTO
Gəncədə AĞIR QƏZA: Kuryer həyatını itirdi - FOTO - YENİLƏNİB
Paytaxtda AĞIR QƏZA: ÖLƏN VAR
Lökbatanda taksi sərnişin avtobusu ilə TOQQUŞUB - VİDEO - YENİLƏNİB
Motosiklet qəzalarında 5 nəfər ölüb - DYP-dən XƏBƏRDARLIQ
Binədə idarəetmədən çıxan “KIA” aşdı - VİDEO
Bakıda dəhşətli QƏZA: Qaydaları ciddiyə almayan moped sürücüsü iki maşının arasında qaldı - VİDEO















