Salyanda yol qəzası - 7 nəfər xəstəxanalıq oldu

Salyanda 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel” markalı avtomobillə “BMW” markalı avtomaşın toqquşub. Nəticədə Masallı rayon sakinləri, 53 yaşlı Elvin Nəzir oğlu Ağayev, 27 yaşlı Xalid Həsənxan oğlu Həsənov, 29 yaşlı Pərvin Allahşükür oğlu Ağayev, 45 yaşlı İlqar Hilal oğlu Qurbanov, Biləsuvar sakinləri, 36 yaşlı Fərda Müzəffər oğlu İsgəndərov, 39 yaşlı Rəhmət Imamverdi oğlu İmanov və Bakı şəhər sakini, 53 yaşlı Hacı Əbdürrəhman oğlu Vəlixanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və Travmatologiya şöbəsində yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO












