Salyanda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun şəhərin ərazisindən keçən hissəsində “Ay işığı” ticarət obyektinin qarşısında qeydə alıınıb. İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
***
Salyan rayonunda baş vermiş yol qəzasında xəsarət alanların sayı 4 nəfərdir. Hadisə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində, “Ay işığı” ticarət obyektinin qarşısında qeydə alınıb. Belə ki, Arbatan kənd sakini, 47 yaşlı Taleh Əsgərxan oğlu Bağırova məxsus “QAZ-21” markalı avtomobili idarə edən Şirməmməd Hüseynqulu oğlu Hüseynov hərəkətdə olarkən Salyan şəhər sakini, 24 yaşlı Əli İsmayıl oğlu Tarıverdiyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və avtomobillərdə olan Salyan şəhər sakinləri, 20 yaşlı İlkin Əlişah oğlu Əsgərov, 26 yaşlı Vüsal Vüqar oğlu Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
















