Salyanda yol qəzası olub, ölən var - YENİLƏNİB

Qəzalar 12 Aprel 2026 12:17
Salyanda yol qəzası olub, ölən var    - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət şəxslərin vəziyyəti məlum olub. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:

"Ələt-Astara magistral avtomobil yolunun Salyan rayon ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbi ilə aprelin 12-də saat 8 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:20-də ölüm faktı qeydə alınıb.

2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir".

***10:45
Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır xəsarət alıb və xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır./unikal

Oxunub : 206
ŞƏRH YAZ
Ad

E-mail

Şərh