Salyanda yol qəzasında 4 nəfər xəsarət alıb

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhər 4 saylı tam orta məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, Neftçalanın Aşağı Surra kənd sakiini, 74 yaşlı Həmid Yusif oğlu Əhmədov idarə etdiyi minik avtomobili ilə işçiləri evə gətirən zaman onun idarə etdiyi nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Nəticədə sürücü də daxil olmaqla, Salyan şəhər sakinləri: - 51 yaşlı Səmayə Nəbi qızı Abışova, 39 yaşlı Təranə Qərib qızı Xudiyeva və 68 yaşlı Cəmilə Hüseyn qızı Eyvazova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib. Üç yaralı ambulator müalicəyə buraxılıb. C. Eyvazovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanlar Salyan Rayon Mənzil İstismarı İdarəsinin işçiləridir.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












