Salyanda zəncirvari qəza: 5 nəfər... - YENİLƏNİB

Qəzalar 3 Sentyabr 2026 13:00
Salyanda zəncirvari qəza: 5 nəfər...   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Salyan-Şirvan avtomobil yolunun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsindəki qəzada yaralanan beş nəfər (üç kişi, iki qadın) sentyabrın 3-də saat 08:00-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir./oxu.az

***12:26

Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı bəlli olub.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hadisə bu gün saat 07:00-da Salyan-Şirvan avtomobil yolunun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"İlkin məlumata əsasən, hadisə hərəkət növbəliliyi işıqforla nizamlanan yolayrıcında yolayrıcını keçmə qaydasının pozulması nəticəsində baş verib. Belə ki, Neymət İsmayılovun idarə etdiyi 10-ZM-035 dövlət qeydiyyat nişanlı "Infiniti" markalı avtomobillə Fərəhman Eyvazovun idarə etdiyi 10-KR-480 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində "Infiniti" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanmış Müşfiq Cəfərova məxsus 10-VL-221 dövlət qeydiyyat nişanlı VAZ markalı avtomobillə, həmçinin Ərəstun Əhmədovun idarə etdiyi 90-ZG-608 dövlət qeydiyyat nişanlı "Mazda" markalı avtomobillə toqquşub.

Hadisədən sonra VAZ markalı avtomobilin sürücüsü istisna olmaqla, digər üç sürücü ilkin tibbi yardım almaq üçün xəstəxanaya müraciət edib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yolayrıcına yaxınlaşarkən sürəti azaltmağa, işıqforun siqnallarına və keçid növbəliliyinə ciddi riayət etməyə çağırır", - deyə məlumatda bildirilir./oxu.az

***09:18

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı "Infiniti", "Mazda" və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 322
ŞƏRH YAZ
Ad

E-mail

Şərh