Banner

Şamaxı, Zaqatala və Abşeronda yol qəzaları - ölənlər var  - VİDEO

Qəzalar 18 Noyabr 2022 23:20 Oxunub 926
Şamaxı, Zaqatala və Abşeronda yol qəzaları - ölənlər var   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şamaxıda ağır yol qəzası baş verib.

Bakı sakini 32 yaşlı Emil Əkbərli idarə etdiyi avtomobili dərəyə aşırıb. Nəticədə sürücünün həyat yoldaşı Suğra Əkbərli və 2 yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər. Ananı xilas etmək mümkün olmayıb, uşağın vəziyyəti isə  qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada isə minik avtomobili velosipedçini vurub. Hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 28 yaşlı Elvin Ömərov idərə etdiyi minik avtomobili ilə volosipedlə hərəkətdə olan rayonun Muğanlı kənd sakini 50 yaşlı Səlim Əhmədovu vurub.

Velosipedçi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Abşeronda isə yolu keçmək istəyən piyada vurulub. Hadisə Bakı-Şamaxı yolunun rayon ərazisinə düşən hissəsində qeydə alınıb. Yolu keçən Nübar qəsəbə sakini, 63 yaşlı Gülayə Cavadini avtomobil vurub. Qadın elə hadisə yerində dünyasını dəyişib. Sürücünün hadisə yerindən qaçdığı iddia edilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh