Şamaxıda “Hyundai” aşıb, 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetməni itirərək aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 23 yaşlı Leyla Qasımova hadisə yerində dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Avtosfer.az-a bildirilib ki, hadisə nəticəsində ümumilikdə 9 nəfər (4 kişi, 5 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma, eləcə də üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu qoyulub.
Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü qadın isə ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna göndərilib. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb və araşdırma aparılır.
***
Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub. Məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Dürdanə Nağıyeva, 1979-cu il təvəllüdlü Vüsalə İsmayılova və onların 3 azyaşlı övladları xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə nəticəsində sürücü, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Əzimə Rzayeva isə yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












