Şamaxıda iki avtomobil TOQQUŞDU: Xəsarət alanlar var - YENİLƏNİB

Şamaxı rayonunun Çarhan kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, iyunun 3-ü, saat 19:30-da Şamaxı rayonunun Çarhan kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
"Müayinə zamanı 1984-cü və 1993-cü il təvəllüdlü şəxslərə bud-çanaq oynağının çıxığı, sirkə kasasının sınığı, diz qapağının qapalı sınığı və qabırğa sümüklərinin sınığı diaqnozları təyin edilib. Həmin şəxslər ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunublar.
Digər üç nəfərə isə burun əzilməsi, sağ qaş nahiyəsinin əzilmiş yarası və alında səthi sıyrıq diaqnozları qoyulub. Zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar",- deyə məlumatda bildirilir.
***09:36
Şamaxı rayonunun Çarhan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.
"Renault" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.
Bunlar 77-CY-489 dövlət nömrə nişanlı "Renault" markalı avtomobilin sürücüsü 42 yaşlı Samir Bağırov, 44-CC-117 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsü Babalar Nəbiyev və VAZ-da olan sərnişinlər 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyevdir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO
Qırmızı işığı saymayan sürücü ağır qəzaya səbəbə oldu – ANBAAN VİDEO










