Şamaxıda qəza - 4 yaralı

Şamaxı rayonunda 4 nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər vertir ki, hadisə günorta saatlarında Şamaxı-Əngəxaran avtomobil yolunda qeydə alınıb. Şamaxı şəhər sakini, 1962-ci il təvəllüdlü İmamverdiyev Elşad İqbal oğlunun idarə etdiyi 10-CX-527 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdən gələn 56-BC-645 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı sürücü Elşad İmamverdiyev və sərnişinləri, Şamaxı şəhər sakinləri olan 3 bacı, 1960-cı il təvəllüdlü Məmmədova Rahilə Abdurrəhim qızı, 1955-ci il təvəllüdlü Əhmədova Minəxanım Abdurrəhim qızı və 1966-cı il təvəllüdlü Mədətova Hicran Abdurrəhim qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












