Şamaxıda təhlükə - Torpaq qatı üzü aşağı hərəkət etməkdədir

Şamaxıda baş verən torpaq sürüşməsi daha bir kənd yolunun uçmasına səbəb olub. Ötən ay qarın yağması nəticəsində dağ kəndlərindən olan Pirqulu-Dəmirçi yolu sürüşməyə məruz qalıb. Yolun üzərində olan 4 sürüşmə zolağında aktivlik müşahidə olunur.
Avtosfer.az kanals-ə istinadən xəbər verir ki, həmin ərazidə insanların həyatı təhlükə qarşısındadır. Qarlı-şaxtalı havalarda bir müddət rayon mərkəzi ilə əlaqəsi kəsilən Dəmirçi kəndində qarın əriməsi sürüşmələrə səbəb olub. Yolun meşə zolağından keçən hissəsində, eləcə də kəndin yaxınlıqında torpaq uçqunu qeydə alınıb.
Yolun bir hissəsi tamamilə dağılıb. Qayalardan qopan iri daşlar yola tökülüb.
Dağlıq ərazidə torpaq qatı üzü aşağı doğru hərəkət etməkdədir. Yolun çökməsi bu yoldan istifadə edən sürücülərə çətinliklər yaşadır.
Hazırda uçqunların nəticəsi aradan qaldırılır. Sözügedən ərazidə Şamaxının Dəmirçi kəndi ilə İsmayıllının Lahıc qəsəbəsini birləşdirən yeni yolun salınması məqsədilə də işlər aparılır. Bu yol sözü gedən istiqamətdə gediş-gəlişi asanlaşdırmaqla yanaşı, turizim marşurtu kimi də istifadə olunacaq.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












