Şamaxıda yollar buz bağlayıb - Maşın aşdı

Şamaxı rayonuna yağan qar, şaxtalı və dumanlı hava səbəbindən bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtomobil yolları buz bağladığı üçün iki sürücü idarəetməni itirərək qəza törədib.
Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Bakı-Şamaxı yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində 99-FX-599 dövlət nömrə nişanlı, “Hyundai SantaFe” markalı minik avtomobili sürüşərək yoldan çıxıb və çökək əraziyə aşıb.
Hadisə zamanı avtomobildə olan Qəbələ rayon sakinləri - 1986-cı il təvəllüdlü Cəlilov Murad Ağa oğlu, 1996-cı il təvəllüdlü Səfiyev Sənan Aqil oğlu və 1996-cı il təvəllüdlü Mehralıyev Cavidan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Şamaxıda başqa bir minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində rayonun Məlikçobanlı kənd sakini, 2008-ci il təvəllüdlü Ramazan Seyidov və Bakı sakini, 1990-cı il təvəllüdlü Nicat Şakirli xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












