Şaxtalı hava silsilə qəzalara səbəb oldu: ölənlər var

Almaniyada son bir neçə gündür hökm sürən şaxtalı hava ilə əlaqədar yolların buz bağlaması nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verib.
Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Şimali Reyn-Festfaliya əyalətinin Paderborn şəhəri yaxınlığında qeydə alınan silsilə qəzalar nəticəsində ölənlər və yaralananlar var. Təkcə ötən gecə baş verən 18 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, azı 11-i xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Qəzalar nəticəsində magistralın bağlanması nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.
Hava şəraiti əyalətin bir sıra şəhərlərində də ciddi çətinliklərə səbəb olub. Bəzi yerlərdə məktəblərdə tətil elan edilib. Bir sıra yollarda uzun tıxaclar yaranıb.
Meteoroloqlar həftəsonu Bremen, Aşağı Saksoniya və Bavariya əyalətlərinin bəzi hissələrində yolların buz bağlayacağı və qar yağacağı barədə xəbərdarlıq ediblər.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












