Səbaildə “Audi” ilə “Hyundai” toqquşdu - 3 yaralı var

Səbail rayonunda ağır qəza zamanı 3 qadın yaralanıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün rayonun Ü.Hacıbəyov küçəsi, 119 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 26 yaşlı İlkin Vahid oğlu İbrahimovun idarə etdiyi 10 FJ 010 dövlət nömrə nişanlı, “Audi” markalı avtomaşınla paytaxt sakini ,31 yaşlı Əbülfəz Nurəddin oğlu Quliyevin idarə etdiyi “Hyundai” markalı, 90 UG 017 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “Hyundai” markalı avtomaşında olan ailə üzvləri, müxtəlif dərəcəli bədən xəsarətləri alan sərnişinlər- 36 yaşlı Venera Həsənova, 26 yaşlı Suat Quliyeva və 20 yaşlı Səbinə Qafarova xəstəxanaya yerləşdiriliblər. Hazırda hər üç yaralının vəziyyəti qənaətbəxşdir.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Emin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












