Səbrsiz sürücünün lüzumsuz manevri qəza ilə sonlandı - VİDEO
Qəzalar
16 Avqust 2023 23:28
Oxunub 790

Sürücü eyni anda bir neçə qayda pozuntusuna baş vuraraq qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, sosial şəbəkələrdə geniş yayılmış qəza hadisəsi Amerikada baş verib. Belə ki, səbrsiz sürücü önündəki avtomobillə arasındakı məsafəyə məhəl qoymayıb. Daha sonra sol tərəfində olan “Ford” markalı evakuatoru gözardı edən sürücü ondan önə keçməyə çalışıb və bu zaman nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə avtomobilin sol tərəfi, evakuatorun isə sağdan ön hissəsi zədələnib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













