“Şəfa-Broyler”in fəhlələrini daşıyan avtobus qəzaya düşdü - FOTO

Axşam saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən “Şəfa-Broyler” quşçuluq fabrikinin fəhlələrini işdən gətirən avtobus qəzaya uğrayıb. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, qəza Salyan şəhərinin T.Xəlilbəyli və N.Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb. Salyan şəhər sakini Mübariz Rzayevin idarə etdiyi, dövlət nömrə nişanı 33-BC-396 olan “QAZ-53” markalı avtobus Hacıqabul rayonunun Atbulaq kənd sakininin idarə etdiyi 99-EK-324 dövlət nömrə nişanlı “Audi” markalı avtomaşınla toqquşub. Qəzadan yayınmaq istəyən avtobus idarəetməni itirərək səkiyə çıxıb, elektrik dirəyinə çırpıldıqdan sonra dayanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəzaya səbəb isə “Audi” markalı avtomaşının rayona qonaq gəlmiş sürücüsünün “dayan” işarəsinə əməl etməməsi olub.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin DYP bölməsində araşdırma aparılır.



Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












