Səfərbərlik Xidmətinin avtobusu QƏZA TÖRƏTDİ - Hadisə yerindən FOTOLAR

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər xəsarət alıb. Onlardan biri kişi, biri uşaq, ikisi qadındır.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Yuxarı Nemətabad kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Məlumata əsasən, "Niva" markalı minik avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinə məxsus avtobusla toqquşub. Hadisə zamanı xəsarət alan hər iki sürücü - 1985-ci il təvəllüdlü Ramiz Qarayev və 1974-cü il təvəllüdlü Söhrab Süleymanova, eyni zamanda bir azyaşlı uşağa yerindəcə tibbi yardım göstərilib.
Durumu daha ciddi olan 1977-ci il təvəllüdlü Yevlax rayon sakini Yeganə Süleymanova isə xəstəxanaya aparılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 15-də saat 13:50-də 5 nəfər (4 qadın cinsli, 1 kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərin müayinələri davam etdirilir.
"Hazırda 1 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir", - TƏBİB-dən bildirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO
Ucarda iki “VAZ” toqquşdu, biri bordürə çıxdı - VİDEO


















