Şəhərin mərkəzində üç maşın toqquşdu, sürücülərdən biri ağır xəsarət aldı - VİDEO
Qəzalar
6 Avqust 2025 19:12
Oxunub 1226

Naxçıvan şəhəri, Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, avqustun 5-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan üç maşın bir-birinə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub. Nəticədə hər üç maşına maddi ziyan dəyib, sürücülərdən biri ağır xəsarət alıb. Yaxınlıqda olan vətəndaşlar yaralıya ilkin yardım göstəriblər.
Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














