Şəhərin mərkəzində yolun ortasıyla skuter sürən qadın qəzaya düşdü - ANBAAN VİDEO

Bakının mərkəzi küçələrindən birində qayda pozan skuter sürücüsü qəzaya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə aprelin 18-i axşam saatlarında qeydə alınıb. Belə ki, skuter sürən qadın yolun hərəkət hissəsi ilə gedib. O, anidən idarəetməni itirərək yolun kənarında park edilmiş maşına dəyib və yerə yıxılıb. Qəzaya şahid olan sürücü hadisə zamanı qadının yüngül xəsarət aldığını bildirib.
Qeyd edək ki, şəhərin bəzi küçələrində skuterlərin hərəkəti üçün zolaqlar mövcuddur. Zolağın təşkil olunmadığı küçələrdə isə bu nəqliyyat vasitəsini idarə edənlər müəyyən qaydalara riayət etməlidirlər. Belə ki, onlar skuteri avtomobil yolunun sağ kənar yolunda sürməli və təhlükəsizlik məqsədilə xüsusi dəbilqədən istifadə etməlidirlər. Həmçinin skuterin önündə və arxasında işıqlandırma fənərləri olmalıdır.
Nərmin
Ağsu dolaylarında qəza: “Toyota” ilə toqquşan “07” yol kənarına düşdü - VİDEO
Ucarda qəzada boğulub ölən şəxs müəllim imiş - FOTO
Şəkidə ağır qəza: Yaralanan var
Gəncədə "KamAz" avtobusla toqquşdu - Xəsarət alan var
Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO
Qəbələdə buzlu yolda "Rang Rover" yol kənarına aşıb - VİDEO
Naxçıvanda "KIA" avtobusla toqquşdu - Xəsarət alanlar var
Şəmkirdə "VAZ" beton maneyə çırpıldı - FOTO
Avtomobil kanala düşdü - Ölən var
Keçiddən keçməyən 84 yaşlı piyadanı motosiklet vurub öldürdü - VİDEO
Zolağa baxmadan manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO











