Şəhidlər Xiyabanında ağır qəza - Yaralananlar var - FOTO-VİDEO

Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az report-a istinadən xəbər verir ki, qəza 10-TV-358 dövlət qeydiyyat nişanlı "BMW" markalı maşın ilə 07-BF-192 dövlət qeydiyyat nişanlı "Volkswagen Passat"ın toqquşması nəticəsində baş verib. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış maşınlardan yaralıları çıxarıblar.
Qeyd edək ki, `BMW`-nin sürücüsü Elsevər Bayramov (1975, Lənkəran şəhər sakini) hazırda ağır şok vəziyyətdə xəstəxanadadır. Ona yuxarı sol baldır sümüyünün qəlpəli sınığı və ağır kəllə-beyin travması diaqnoizu qoyulub. Hadisə zamanı `Volkwagen`də olan bir ailənin 5 üzvündən 3-ü müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar:
`Volkswagen Passat`-ın sürücüsüü Nicat Qulamov - 1974, Astara rayonu Şiyəkəran kənd sakini (Baş nahiyəsindən xəsarət alıb;
Qulamova Nərgiz, sərnişin - 2001, Astara rayonu Şiyəkəran kənd sakini (baş-çənə nahiyəsindən xəsarət alıb);
Qulamova Nüşabə, sərnişin - 2005, Astara rayonu Şiyəkəran kənd sakini (sol baldır sümüyünün 3/1 nahiyəsinin sınığı).
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO

















