Şəki-Oğuz avtomobil yolunda QƏZA: Xəsarət alanlar var - YENİLƏNİB

Şəki-Oğuz avtomobil yolunda baş verən avtomobil qəzası zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, iyulun 9-u, saat 14:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (qadın cinsli) hospitalizasiya olunub.
"Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta stabil qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***15:23
Şəki-Oğuz avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yolun Şəki rayonunun Oraban kəndi ərazisindən keçən hissəsində 1981-ci il təvəllüdlü Sarvan İmamverdiyevin idarə etdiyi 48-BC-127 nömrə nişanlı VAZ-2112 markalı avtomobil ilə 1967-ci il təvəllüdlü Rəşid Umarovun idarə etdiyi 77-DA-415 nömrə nişanlı "Toyota" markalı maşın toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində Sarvan İmamverdiyevin idarə etdiyi avtomobildəki iki sərnişin xəsarət alıb.
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO
Qırmızı işığı saymayan sürücü ağır qəzaya səbəbə oldu – ANBAAN VİDEO
Nəsimidə qabağa düşməyə çalışan taksi sürücüsü maşını avtobusa çırpdı - VİDEO










