Şəkidə ağır qəza, ölən var - YENİLƏNİB

"Aprelin 25-də saat 02:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (1 qadın, 2 kişi) hospitalizasiya olunub".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir. Göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:15-də 1958-ci il təvəllüdlü şəxsin isə (qadın) ölüm faktı qeydə alınıb"./oxu.az
***10:11
Bu gün gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markakı avtomobil ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb.
T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












