Şəkidə ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Şəki Şəhər-Rayon Polis Şöbəsindən apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza dünən axşam saat 20:30 radələrində rayonun İbrahimkənd kəndinə gedən yolda qeydə alınıb. Rayonun Cəfərabad kənd sakini, 1983-cü il təvəllüdlü Umar Oqtay oğlu Rüstəmov idarə etdiyi “Hyundai” markalı 99 KV 429 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı su kanalına aşıb. Sürücü və onun sərnişinləri - rayonun Cəfərabad kənd sakini, 1995-ci il təvəllüdlü Şöhrət Əmrah oğlu Nurəddinli və rayonun Orta Zəyzid kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Rza oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Şəki RMX-danverilən məlumata görə, H. Musayev xəstəxananın reanimasiya, Ş. Nurəddinli isə cərrahiyə şöbəsinə yerləşdirilib. U. Rüstəmovun xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












