Banner

Şəkidə ağır yol qəzasında 7 nəfər xəsarət aldı – ADLAR – VİDEO

Qəzalar 10 May 2025 20:00 Oxunub 884
Şəkidə ağır yol qəzasında 7 nəfər xəsarət aldı – ADLAR – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfərin şəxsiyyəti müəyyən edilib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, xəsarət alanlardan 5 nəfəri "Mercedes Vito" markalı mikroavtobusda olan Balakən rayon sakinləridir.

Onlar aşağıdakılardır:

- 1986-cı il təvəllüdlü Asif Vaqif oğlu Gündüzzadə (mikroavtobusun sürücüsü);

- 1992-ci il təvəllüdlü Turqut Lütvəli oğlu Əliyev;

- 2019-cu il təvəllüdlü Kənan Səxavət oğlu Qədirzadə;

- 1962-ci il təvəllüdlü Tükəz Usub qızı İsgəndərova;

- 1961-ci il təvəllüdlü Yetər Bayram qızı Ocaqverdiyeva;

Digər iki yaralı isə "Ford" markalı xırda tutumlu yük avtomobilinin sürücüsü, Şəki rayon sakini 1987-ci il təvəllüdlü Elşən Cəmaləddin oğlu Məmmədov və onun 2013-cü il təvəllüdlü oğlu Əli Məmmədlidir.

Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinəsi davam etdirilir.

Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şəkidəki qəzanın ilkin təfərrüatları MƏLUM OLDU - VİDEO

***

Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var

Hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh