Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alan var

Şəkidə baş verən yol-nəqliyyat qəzasında sürücü ağır xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 04:30 radələrində rayonun Vərəzət kənd sakini, 1987-ci il təvəllüdlü Ruslan Tahir oğlu Məmmədov idarə etdiyi ”VAZ 21074” markalı, 10 HT 571 dövlət nömrə nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Ağır bədən xəsarətləri alan R. Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Koma vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən R. Məmmədova ağır kəllə-beyin travması və beyin əziyi diaqnozu qoyulub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










