Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, dekabrın 20-i axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan “KİA” markalı minik avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Baş Layısqı kənd sakinləri 1989-cu il təvəllüdlü Elbrus Oktay oğlu Əhmədxanov və 1985-ci il təvəllüdlü Murad Məmməd oğlu Cumayev Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. MRX-dan verilən məlumata görə, yaralılardan Elbrus Əhmədxanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralı Murad Cumayev isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












