Şəkidə avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlandı - FOTO - VİDEO - YENİLƏNİB

Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumata əsasən, günorta saatlarında 2 nəfər xəstəxanaya çatdırılıb:
"İyulun 27-də saat 11:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb".
***15:20
Şəki rayonunda “VAZ” markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şəki -Oğuz avtomobil yolunun rayonun Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili “VAZ 2101” markalı minik avtomobili ilə toqquşub. Qəzadan sonra “VAZ 2107” markalı avtomobil yol kənarındakı çökəkliyə düşüb. Qəza zamanı “VAZ 2101” markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.



Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












