Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb - FOTO - YENİLƏNİB

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"Şəki rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1998-ci il təvəllüdlü şəxs (kişi) 26.07.2026-cı il tarixində saat 01:40-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona təpə nahiyəsinin hematoması, mil bilək oynağının travması, sıyrılmış yaraları diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
***09:42
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun Baş Göynük kəndi ərazisində baş verib.
Belə ki, Fərhad Qürbətli idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən piyadalar - 2002-ci il təvəllüdlü Mahir Teyibov və 1998 təvəllüdlü Şahin Tahirovu vurub. Nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO














