Şəkidə avtomobillər toqquşdu - Yaralılar var - YENİLƏNİB

Şəkidə baş verən qəzada 6 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Unikal"a Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunur ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müayinəsi və müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.
***21:05
Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var.
Avtosfer.az xəbər verir ki,hadisə Şəki–Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki,hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə bir neçə nəfərin xəsarət aldıgı bildirilir. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Sıxılmış vəziyyətdə qalanların çıxarılması üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerinə həmçinin polis əməkdaşları və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası göndərilib.
Yaralılar Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər./unikal
Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO










