Şəkidə faciəvi şəkildə ölən qardaş və bacıların görüntüləri - FOTO - VİDEO
Qəzalar
23 Oktyabr 2025 15:53

Oktyabrın 21-də Oğuz-Şəki avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Avtosfer.az bildirir ki, qəza nəticəsində həyatını itirən qardaş və iki bacının yaxınları hadisə barədə “Baku TV”yə danışıblar.
“Bir ailəni başsız qoydu. Qardaşımın, uşaqların üzünə baxa bilmirik. Gəlinimizin üç uşağı yetim qaldı”, – qohumlardan biri söyləyib.
Qeyd edək ki, iki avtomobilin toqquşması nəticəsində maşınların birində olan 44 yaşlı Pərvanə Mehdiyeva, onun bacısı 26 yaşlı Yeganə Məmmədova və qardaşı 33 yaşlı Turan Rəsullu hadisə yerində dünyasını dəyişiblər. Digər avtomobilin sürücüsü 48 yaşlı Ədalət Abbasov və sərnişin 43 yaşlı Nuranə Həsənova ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


Oxunub : 884
DİGƏR XƏBƏRLƏR
26 Oktyabr 2026 16:30
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
26 Oktyabr 2026 15:30
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
26 Oktyabr 2026 14:30
İki piyadanı maşın vurdu - ANBAAN VİDEO
26 Oktyabr 2026 14:00
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
26 Oktyabr 2026 13:53
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
26 Oktyabr 2026 10:53
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
25 Oktyabr 2026 11:51
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
25 Oktyabr 2026 09:51
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
24 Oktyabr 2026 23:30
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
23 Oktyabr 2026 16:33
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
23 Oktyabr 2026 15:11
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
22 Oktyabr 2026 18:18
Gəncədə ağır qəza: Üç yaralı
ŞƏRH YAZ












