Şəkidə pul daşıyan maşın qəzaya düşüb, xəsarət alanlar var - FOTO
Qəzalar
19 İyul 2021 18:53
Oxunub 13436

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "İnkassator" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR


















